TRT 1-də yayımlanacaq 15 iyul gecəsinə həsr olunmuş “Asırlık Gece” serialının çəkilişlərinə Ankarada start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Miray Yapım”ın istehsalı olan layihənin rejissorları Cihan Sağlam və Ahmet Tokludur.
15 seriyadan ibarət sənədli dram janrındakı serialda Türkiyənin xarici işlər naziri Hakan Fidanı canlandıracaq aktyor da bəlli olub. Bu rolu tanınmış aktyor Murat Aygen ifa edəcək.
Serialın aktyor heyətində digər tanınmış simalar da yer alır. Erkan Petekkaya keçmiş Quru Qoşunları Komandanı Salih Zeki Çolak obrazını canlandıracaq. Yavuz Bingöl isə FETÖ qaçağı Adil Öksüz rolunda tamaşaçı qarşısına çıxacaq.
Son xəbərlər
Son Xəbərlər