Hamilə qadın bulvarda özünü dənizə atdı - Yenilənib

Hamilə qadın bulvarda özünü dənizə atdı
Oxunma sayı: 5632

Bakıda hamilə qadın özünü bulvarda dənizə atıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə dünən axşam, saat 20:00 radələrində baş verib.

Dənizkənarı Milli Parkda Ağstafa rayon sakini 2001-ci il təvəllüdlü A.Həsənbəyova intihar məqsədi ilə özünü dənizə atıb. 21 yaşlı qadın polis əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Hazırda faktla bağlı araşdırmalar aparılır. Qadının ailə münaqişəsi zəminində intihara cəhd etdiyi iddia olunur.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2001-ci il təvəllüdlü vətəndaş sentyabrın 30-u saat 23:00 radələrində TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müəssisənin Reanimasiya şöbəsində müalicəsi aparılan pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.