Hande Keremi evdən qovdu, ayrıldılar

hande-keremi-evden-qovdu-ayrildilar
Oxunma sayı: 8271

Türkiyənin məşhur sevgili cütlüyü - aktyor Kerem Bursin və aktrisa Hande Erçel ayrılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Bürsinin barışma cəhdlərinə Erçelin qəti şəkildə mənfi cavab verdiyi deyilir.

Bürsin sevgilisi ilə barışmaq üçün yaxın çevrəsini də bu işə cəlb edib. Ancaq Erçelin dostlarına “Tamamilə bitdi, artıq dönüş yoxdur”, - deyə cavab verdiyi bildirilir.

Diqqət çəkən digər məqam isə ötən həftə Hande Erçelin sosial media fenomeni olan bacısı Gamze Erçelin doğum gününə Kerem Bürsinin qatılmamasıdır.

“Hürriyet”in iddiasına görə, Hande Erçel Kerem Bürsini evdən qovub. Buna səbəb isə rəqəmsal platformada yayımlanacaq serialda Bürsinlə Demet Özdemirin baş rolda çəkilməsi olub.

Qeyd edək ki, 2020-2021-ci illərdə yayımlanan “Sen çal kapımı” serialının çəkilişlərində tanış olan Erçel və Bürsinin sevgili olmaları xəbəri gündəm olmuşdu. Bu iddiaları uzun müddət rədd edən tanınmış cütlük ötən il birlikdə yollandığı Maldiv istirahətindən sosial şəbəkələrdəki paylaşımları ilə münasibətlərini bəyan etmişdi.