“Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir”

hazirda-esas-meqsedlerimizden-biri-ixracimizi-saxelendirmekdir
Oxunma sayı: 1044

“Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

“Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir”, - deyə dövlət başçısı qeyd edib.