“Heç bir AEBA müfəttişinin İrana gəlməsinə qadağa qoymamışıq”

hec-bir-aeba-mufettisinin-irana-gelmesine-qadaga-qoymamisiq
Oxunma sayı: 1186

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 130 müfəttişi İranda yoxlama aparmaq üçün icazə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami məlumat verib.

“Biz heç bir AEBA müfəttişinin İrana gəlməsinə qadağa qoymamışıq, ümumilikdə agentliyin 130 müfəttişinin İrana səfərinə və yoxlama aparmasına icazə verilib”, - deyə o bildirib.