“HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq”

hemas-in-legvini-basa-catdirmaqda-qerarliyiq
Oxunma sayı: 1452

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Rəfahda quru əməliyyatı olmadan Qəzza zolağında qalan HƏMAS batalyonlarının məhv edilməsi mümkün deyil.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Biz HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq. Bunun üçün Rəfahda qalan batalyonlar ləğv edilməlidir”, - o deyib.

Onun fikrincə, qalan batalyonları məhv etmədən HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil.