HƏMAS-ın Qəzza zolağını idarə edən orqanı buraxıldı

hemas-in-qezza-zolagini-idare-eden-orqani-buraxildi
Oxunma sayı: 400

Fələstinin HƏMAS hərəkatı təxminən iki onillik ərzində Qəzza zolağını idarə edən orqanın buraxıldığını elan edib.

“Qafqazinfo” “Agence France-Presse” nəşrinə istinadən xəbər verir ki, ləğv edilən orqanın səlahiyyətləri xüsusi olaraq yaradılmış Qəzza Milli İdarəetmə Komitəsinə ötürüləcək.

“Fövqəladə hökumət komitəsinin rəhbəri Məhəmməd əl-Fərra rəsmi olaraq istefa verdi... Həmçinin Qəzza Milli İdarəetmə Komitəsinə inzibati və dövlət keçidinə kömək etmək üçün komitənin buraxılması barədə qərar qəbul edildi”, - HƏMAS hökumətinin Mətbuat xidmətinin rəhbəri İsmail əl-Tavabtə bildirib.

Qeyd edək ki, Qəzza Milli İdarəetmə Komitəsi ABŞ Prezidenti Donald Trampın HƏMAS və İsrail arasında atəşkəs sazişinin imzalanmasına vasitəçilik etməsindən sonra təsis etdiyi Sülh Şurası tərəfindən yaradılıb.