ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynadan olan uşaqların ailələri ilə yenidən birləşdirilməsi istiqamətində növbəti mərhələ üzərində işlədiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu məlumatı “Fox News” kanalına verdiyi müsahibə zamanı bölüşüb.
“Rusiya və Ukrayna ilə birbaşa əlaqə kanalımız mövcuddur. Nümayəndəm bu məsələ üzərində işləyir. Biz də ailələrin yenidən birləşdirilməsi istiqamətində növbəti addımlar atırıq”, - deyə o bildirib.
Melaniya Tramp həmçinin qeyd edib ki, ailələrin qovuşdurulması səylərində iştirak edən bütün tərəflər əməkdaşlıq şəraitində çalışır və bir-biri ilə müsbət münasibətlər saxlayır. Birinci xanımın sözlərinə görə, bu məsələ hazırda onun üçün əsas prioritetdir.
Son xəbərlər
Son Xəbərlər