Həmin ərazidə parklanmada tariflər müəyyənləşdi - Fotolar+Yenilənib

hemin-erazide-parklanmada-tarifler-mueyyenlesdi
Oxunma sayı: 6650

Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən ediləcək.

Parklanma qiymətləri aşağıdakı kimidir:

İlk 15 dəqiqə pulsuzdur.

15-30 dəqiqə - 1 manat,

30-60 dəqiqə - 2 manat,

1-2 saat - 4 manat,

2-3 saat - 6 manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Xatırladaq ki, martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. 

***

“Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək”.

Bunu APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

O bildirib ki, ərazi sırf sərnişinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb:

“Dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt müddəti təyin edilib”.

Tariflərin yüksək olması ilə bağlı iradlara gəlincə, Sənubər Nəzərova qeyd edib ki, sözügedən zona ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. Ona görə də 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər.

S.Nəzərova, həmçinin qeyd edib ki, sözügedən zonada avtomobillərin sutkalıq saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan ADY sərnişinlərinin rahat gəlib gedişinə maneə törədir:

“Nəzərə alsaq ki, ADY-na məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir ilk növbədə sərnişinlərimizin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə manesiz daxil olmaları üçün şərait yaradılacaq”.

S. Nəzərova onu da xatırladıb ki, vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən “Azparkinq” yerüstü və yeraltı dayanacaqları sürücülərin xidmətindədir.