Ağdərədə qazi bıçaqlandı - Həmyerlisi şübhəlidir+Foto

agderede-qazi-bicaqlandi
Oxunma sayı: 594

Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Məhərrəmov bıçaqlanıb.

İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Bıçaqlanmaya səbəb onlar arasında baş verən mübahisə olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qaziyə ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İnsidentin təfərrüatları araşdırmanın nəticəsindən asılı olaraq açıqlanacaq.

***

Əməli törətməkdə şübhəli bilinən Elzamin Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı