Həmin saat dayandırıldı

hemin-saat-dayandirildi
Oxunma sayı: 760

Təl-Əviv meydanında İsrail girovlarının Qəzza zolağında əsir düşməsinin hər saniyəsini hesablayan taymer dayandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saatın əqrəbi fəalların və girovların yaxınlarının iştirakı ilə dayandırılıb.

Hansı ki, o, 843 gün 12 saatdır işləyirdi.

“2014-cü ildən bəri ilk dəfədir ki, biz bu səhər Qəzzada bir nəfər də olsun girov olmadan oyandıq. Saatı dayandırmaq vaxtıdır”, - Girov Ailələr Forumunun nümayəndəsi bildirib.