Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - Fotolar

hikmet-mirzeyev-sehid-ovladlari-ile-gorusdu
Oxunma sayı: 5061

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Hikmət Mirzəyevin şəhid övladları ilə görüşü olub.

Hikmət Mirzəyev şəhid övladları ilə həmsöhbət olub və onlara şəhid atalarının hər birinin qəhrəman olduğunu, daim qəlblərdə yaşayacağını bildirib.