Hindistanda yuvaları su altında qalan ilanlar onlarla insanı sancdı

hindistanda-yuvalari-su-altinda-qalan-ilanlar-onlarla-insani-sancdi
Oxunma sayı: 477

Hindistanın Hatras rayonunda güclü yağışlar zamanı ilanlar yuvalarından çıxıb bir gecədə ən azı 20 nəfəri dişləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Times of India” məlumat yayıb.

Belə ki, aramsız yağışlar rayonda güclü daşqınlara səbəb olub və ilanlar kəndlərə, tarlalara və hətta yaşayış evlərinə gedib.