“Honggi” ilə motosikleti vurdu - Sürücü öldü - Video

honggi-ile-motosikleti-vurdu
Oxunma sayı: 2277

Ötən gün Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 13 radələrində şəhərin Neftçilər prospekti 83 ünvanında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əlvan Heybət oğlu İsmayılov idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Fuad oğlu Zeynalzadəni vurub.

Qəza nəticəsində, Y. Zeynəlzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.