“Düşünürəm ki, Hörmüz boğazı əvvəlki qədər vacib olmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kriptovalyuta şirkətlərinin rəhbərləri ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, alternativ marşrutların və yeni boru kəmərlərinin inkişaf etdirilməsi fonunda Hörmüz boğazının əvvəlki strateji əhəmiyyətini itirə biləcəyini bildirib.
Tramp İranla bağlı yeni sanksiyalar hazırladıqlarını da açıqlayıb. O, sanksiyaların güclü olacağını desə də, onların nə vaxt tətbiq ediləcəyini dəqiqləşdirməyib.
Hörmüz boğazının vəziyyətinə toxunan Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin boğaz üzərində tam nəzarətə malik olduğunu söyləyib. Onun sözlərinə görə, yalnız ABŞ tərəfindən təsdiqlənən gəmilər bu marşrutdan keçə bilər.
ABŞ lideri bildirib ki, ölkələr artıq Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ yollar axtarırlar: “İnsanlar əvvəllər heç düşünmədikləri alternativlər tapıblar. Texas, Alyaska, Luiziana və digər yerlər. Bundan əlavə, rekord sayda boru kəməri tikilir”.
Son xəbərlər
Son Xəbərlər