İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
“Parlamentin Milli Təhlükəsizlik Komitəsində “Hörmüz boğazı və Bəsrə körfəzində təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsi təsdiqlənib”, - deyə bildirilib.
Qeyd edək ki, iki gün əvvəl İslam Respublikası parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi bildirmişdi ki, iranlı qanunvericilər ABŞ və İsraillə əlaqəsi olan gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsi üzərində işləyirlər. Səliminin həmin vaxt verdiyi izahata görə, İrana zərər vurmuş dövlətlər dəymiş zərər tam ödənilənədək Hörmüz boğazı və Bəsrə körfəzindən keçid üçün icazə ala bilməyəcəklər.
Son xəbərlər
Son Xəbərlər