İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının cənubunda iki supertankerin dəniz minasına düşərək partladığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, ümumi neftdaşıma tutumu 4,5 milyon bareldən çox olan gəmilərin hərəkətsiz qaldığı, heyət üzvlərinin isə onları tərk etdiyi bildirilib.
İran tərəfinin yaydığı bəyanata görə, tankerlər boğazın cənubundakı “icazəsiz” marşrutla keçməyə çalışarkən minaya düşüblər. Partlayış nəticəsində gəmilərin mühərrik hissələrinə ciddi ziyan dəyib və onlar hərəkət qabiliyyətini itiriblər.
Qeyd edək ki, Tehran ABŞ-nin iyulun 8-də hücumları bərpa etməsindən sonra iyulun 12-də Hörmüz boğazını yenidən bağladığını elan edib. İran rəsmiləri müəyyən edilmiş marşrutlardan kənara çıxan və icazəsiz keçid etməyə çalışan gəmiləri hədəfə alacaqları barədə xəbərdarlıq ediblər.
Son xəbərlər
Son Xəbərlər