Hüseyn də səfərbərlikdən yayındı? - Foto+Video

huseyn-de-seferberlikden-yayindi
Oxunma sayı: 8336

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk etdiyi iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya teleqram kanalları məlumat yayıb.

Hüseyn Həsənov isə instaqram hesabında paylaşım edərək bir-iki günlük atasının yanına- Azərbaycana gəldiyini, sonra isə yenidən Rusiyaya qayıdacağını yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik sərəncamından sonra minlərlə vətəndaş ölkəni tərk etməyə başlayıb.