“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

turan-tovuz-zireye-sabah-qarabaga-qarsi
Oxunma sayı: 469

Bu gün Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə “Turan Tovuz” “Zirə” ilə üz-üzə gələcək.

Qarşılaşma saat 17:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.

Günün ikinci oyununda isə “Sabah” “Qarabağ”la qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də olacaq.