Azərbaycanın Kamandan Oxatma Federasiyasının gənclərdən ibarət komandası 19-21 aprel tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Oxatma Federasiyasının gənclər və yeniyetmələr arasında keçirilən Avropa kubokunda yarışlara qatılıb.
“Qafqazinfo” xəbər verir ki, 28 ölkədən 48 idmançının qatıldığı yarışmada həmyerlimiz Hüseynli Fatimə final mərhələsində fransalı idmançıya məğlub olaraq ikinci yeri qazanıb.
Beləliklə, kamandan oxatma üzrə Avropa kubokunda ikinci yerin qalibi Azərbaycanın Kamandan Oxatma Federasiyasının idmançısı Hüseynli Fatimə olub.
Qeyd edək k, Fatimə 4-14 may tarixlərində Almaniyanın Essen şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatında iştirak edərək lisenziya uğrunda mübarizə aparacaq.
Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə təsis edilib. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür.