II Dünya müharibəsi dövrünə aid bomba tapıldı, 200 nəfər təxliyə edildi

ii-dunya-muharibesi-dovrune-aid-bomba-tapildi-200-nefer-texliye-edildi
Oxunma sayı: 1897

Polşanın Skavina şəhərində İkinci Dünya müharibəsi dövrünə aid aviabomba aşkar edilib.

“Qafqazinfo” “RMF24” portalına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 200 nəfər təxliyə edilib.

Bildirilir ki, partlamamış bomba şəxsi ərazidə qazıntı işləri zamanı tapılıb.

Bombanın uzunluğunun 1 metrə çatdığı, diametrinin isə 20 santimetr olduğu qeyd olunub. Hazırda bombanın çıxarılması istiqamətində işlər aparılır.