Dünyanın ən yaşlı qadını Etel Katerhem Böyük Britaniyada 117-ci doğum gününü qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “BBC News” məlumat yayıb.
Etel Surrey qraflığının Laytvoter (Lightwater) yaşayış məntəqəsindəki “Hallmark Lakeview” qocalar evində yaşayır. O, 2025-ci ilin aprelində 116 yaşlı braziliyalı İna Kanabarro Lukasın vəfatından sonra dünyanın ən yaşlı insanı titulunu əldə edib.
Bu britaniyalı qadın 1909-cu ildə Hempşirdə anadan olub və səkkiz övladın ikincisi idi.
Etel iki dünya müharibəsi görüb və 110 yaşında koronavirusa qalib gəlib. O, Kral VII Eduardın dövründən sağ qalan yeganə şəxsdir. Etel ötən ilin sentyabrında Kral III Çarlzı qəbul etmişdi.



Son xəbərlər
Son Xəbərlər