İki gün əvvəl qəzanın baş verdiyi xətt müsabiqəyə çıxarıldı - Foto

iki-gun-evvel-qezanin-bas-verdiyi-xett-musabiqeye-cixarildi
Oxunma sayı: 1866

46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılıb.

“Qafqazinfo” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər sənədləri 6 yanvar 2024-cü il saat 17:00-dək agentliyə təqdim etməlidir.

Bildirilib ki, müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən yanvarın 23-də baxılacaq.

Qeyd edək ki, 2 gün əvvəl 46 saylı xətt üzrə hərəkət edən avtobus ağır qəza törətmişdi. Hadisə vaxtı idarəetmədən çıxan avtobus evin üstünə çıxmışdı.