Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədlinin yeni kitabı nəşr edilib.
“Qafqazinfo” xəbər verir ki, “Altmışıncılar nəsrinin poetikası” adlı kitab 1960-1990-cı illərdəki Azərbaycan nəsri haqdadır.
Sözügedən monoqrafiya həmin illərdə nəsrin xüsusilə povest janrındakı yeni meyillərinin elmi-nəzəri təhlilini verir.
Dörd fəsildən ibarət olan kitab janrın inkişaf partametrlərini ümumdünya ədəbi kontekstində araşdırır.