OMİD Göyçay mağazasında “Super Lotereya”nın uduş fondu oynanılacaq

omid-goycay-magazasinda-super-lotereyanin-udus-fondu-oynanilacaq
Oxunma sayı: 610

İnşaat məhsullarının satışı üzrə Azərbaycanın qabaqcıl brendi kimi tanınan OMİD Mağazalar Şəbəkəsi Göyçaydakı ən böyük mağazasının açılışına özəl təşkil etdiyi “SUPER LOTEREYA” kampaniyasının final mərhələsinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, lotereyanın uduş fondu 22 may 2025-ci il tarixində  saat 13:00-da OMİD Göyçay mağazasında oynanılacaq və şirkətimizin rəsmi instagram səhifəsində (@omid.mmc) canlı yayım vasitəsilə nümayiş olunacaq.

Uduş fondunun oynanılma mərasiminə baxmaq istəyənlər OMİD Göyçay mağazamıza gələ bilərlər. Qaliblərin adları ayrıca olaraq OMİD Mağazalar Şəbəkəsinin sosial media hesablarında (facebook, instagram) və KİV-lərdə paylaşılacaq.

Qeyd edək ki, “SUPER LOTEREYA” kampaniyası 01 aprel – 15 may 2025-ci il tarixləri arasında yalnız OMİD Göyçay mağazasında,  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21.04.2025-ci il tarixli  icazəsi ilə keçirilib. Lotereyanın şərtlərinə əsasən 100 AZN-lik alış-veriş edən hər bir müştəri lotereyada iştirak hüququ qazanıb.

Uduş fondu isə olduqca zəngindir:

1 ədəd Samsung soyuducu

2 ədəd Shivaki soyuducu

2 ədəd Samsung paltaryuyan maşın

2 ədəd Samsung qabyuyan maşın

5 ədəd Salvanini 3-lü mətbəx dəsti (aspirator, bişirmə paneli, soba)

5 ədəd Jamaky ətçəkən

5 ədəd Primax su filtri

OMİD Mağazalar Şəbəkəsi olaraq müştərilərimizə dəyər verərək bu cür kampaniyalar ilə alış-verişi daha maraqlı və faydalı etməyə davam edirik. Hər kəsi canlı yayıma qoşulmağa və qaliblərlə birlikdə SUPER LOTEREYA həyəcanını paylaşmağa dəvət edirik.