Ukraynada avtobus PUA ilə vuruldu - 9 ölü, 4 yaralı

ukraynada-avtobus-pua-ile-vuruldu
Oxunma sayı: 1635

Rusiya ordusu Ukraynanın Sumı vilayətini pilotsuz uçuş aparatları ilə hücum edib.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hücum zamanı mülki şəxsləri daşıyan avtomobil atəşə məruz qalıb. 

Nəticədə 9 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.