“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov

80-yasim-var-islemek-istemirem
Oxunma sayı: 3994

Sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetindəki vəzifəsindən azad olunduğu ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan Novruz Məmmədov bildirib ki, o bu vəzifədən iki ildən çoxdur çıxıb.

“Bu, yeni bir şey deyil. Mən bu vəzifədən çoxdan çıxmışam, hardasa iki ildən çoxdur. Hazırda təqaüd alıram, yaşım çoxdur, 80 yaşım var. Bu yaşımda işləmək istəmirəm. Həmin vaxt da öz ərizəmlə vəzifədən çıxmışdım. Harada istəsəm işləyə bilərəm, çünki öz istəyimlə işdən uzaqlaşmışam. Hansısa idarə və ya təşkilatdan təklif gələrsə, düşünə bilərəm, amma bu yaşda istirahət etmək istəyirəm”, - Novruz Məmmədov bildirib.

Xəbəri rus dilində oxuyun: Новруз Мамедов: В моем увольнении нет никакой новости 

Qeyd edək ki, Novruz Məmmədov 2012-2017-ci illərdə Prezident Adminstrasiyasının rəhbərinin müavini, 2017-2018-ci ildə Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi, 2018-2019-cu ildə isə Baş nazir vəzifəsində çalışıb.

Nuranə Daxilqızı