İlk dəfə kosmosda ət və toyuq qızartdılar - Video

ilk-defe-kosmosda-et-ve-toyuq-qizartdilar
Oxunma sayı: 1593

Çinin Yer orbitində qurduğu Tienqonq Kosmik Stansiyasına göndərilən taykonavtlar komandası stansiyada quraşdırılmış sobadan istifadə edərək, kosmosda ilk dəfə ət və toyuq qızardıblar.

“Qafqazinfo” “Global Times”a istinadən xəbər verir ki, Çin Astronavtlar Mərkəzi taykonavtlar komandasının orbitdə yemək bişirdiyinin görüntülərini paylaşıb.

Kadrlarda “Sincan-20” və “Sincan-21” kosmik gəmiləri tərəfindən daşınan taykonavtların Tienqonq Kosmik Stansiyasında quraşdırılmış sobadan istifadə edərək ilk dəfə orbitdə toyuq qanadları və ət qızartdığı göstərilir.

Çin Kosmik Stansiyası rəsmiləri sobanın orbitdəki taykonavtların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hazırlandığını və tüstüsüz bişirmə xüsusiyyəti sayəsində kosmik stansiya standartlarına uyğun işlədiyini bildiriblər.

Rəsmilər orbitdəki qida çeşidinin 190-dan çox olduğunu və təzə tərəvəz, tort və ət kimi məhsulların artıq bişirilə biləcəyini qeyd ediblər.