“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında Ağdamda inşa ediləcək “İmarət” stadionundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli məşqçi “İmarət” stadionunda ilk oyunun ÇL-in yoxsa, Premyer Liqanın matçı olmasını istəyərdiz?” sualına belə cavab verib:
“O günə kimi sağ qalmaq lazımdır, öz tərəfimdən deyirəm (gülür). Tam hazır olduqdan sonra baxmaq lazımdır. İlk oyunu hansı turnirdə keçirsək də, ÇL-in finalı kimi qəbul olunacaq”.
Qeyd edək ki, stadionun tikintisi üçün bir neçə gün öncə Gənclər və İdman Nazirliyi və “PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb. Müqavilənin dəyəri isə 60,5 milyon manatdır.
Son xəbərlər
Son Xəbərlər