İmtahanlarda nəzarətçi olmaq istəyənlərin nəzərinə!

imtahanlarda-nezaretci-olmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1385

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər oktyabrın 29-dan etibarən müsahibə mərhələsinə dəvət olunacaqlar.

“Qafqazinfo”nun Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, namizədlər müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Namizədin elektron anketi

- Şəxsiyyət vəsiqəsi

- Məhkumluğun olmaması barədə arayış

- Ali təhsil haqqında sənəd (diplom)

- İş yeri haqqında arayış (olduğu təqdirdə)

Müsahibələri DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində mərkəzin məsul əməkdaşları aparacaqlar. 

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.