İnsan alveri ilə məşğul olan 67 yaşlı qadına ağır cəza verildi

insan-alveri-ile-mesgul-olan-67-yasli-qadina-agir-ceza-verildi
Oxunma sayı: 2313

Azərbaycanlı qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan 67 yaşlı şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl Qəbələ rayon sakini olan 2 qadın hüquq-mühafizə orqanlarına müraciət edərək, digər rayon sakini olan 1955-ci il təvəllüdlü Q.Qədirovanın onları aldadaraq Türkiyəyə apardığını və orada cinsi istismara məruz qoyduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri (İnsan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə; təkrar törədildikdə; dövlət sərhədindən keçirməklə törədildikdə) ilə iş açılıb.

İşə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Q.Qədirova qeyd edilən cinayətlərdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

Nizam Rza