İnsan beyninə çip yerləşdirildi

insan-beynine-cip-yerlesdirildi
Oxunma sayı: 2975

Amerikalı milyarder İlon Maskın “Neuralink“ şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mask “X” sosial hesabında paylaşım edib.

O, prosesin yaxşı getdiyini yazıb. Maskın sözlərinə görə, “Neuralink”in ilk məhsulu olan bu çip “Telepathy” adlanır.  

Qeyd edək ki, implantların beyinə implantasiyası ilə bağlı sınaqlara könüllülər qoşulub. Maskın fikrincə, bununla da insanlar çipin köməyi ilə elektron cihazları birbaşa idarə edə biləcəklər.