“İnter” ÇL-ə vəsiqə qazandı

inter-cl-e-vesiqe-qazandi
Oxunma sayı: 2592

“İnter” A seriyasının 30-cu turunda “Empoli”yə 2:0 hesabı ilə qalib gəlib.  

“Qafqazinfo” xəbər verir ki, komanda bununla da növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin edib.

Belə ki, hazırda 79 xalla lider olan "İnter" çempionatın qalan matçlarının hamısında uduzsa belə, 4-cü pillədən aşağı düşməyəcək.

Qeyd edək ki, "İnter" Avropanın ən yaxşı 5 liqasında "Bayer"dən sonra gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanan ikinci komanda olub.