“İnter” transferlərlə bağlı vacib qərar verdi

inter-transferlerle-bagli-vacib-qerar-verdi
Oxunma sayı: 1680

İtaliyanın “İnter” klubu yaşlı futbolçuların transferindən imtina etmək qərarına gəlib. 

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, klub rəhbərliyi qarşıdan gələn transfer pəncərələri üçün yeni qayda tətbiq edib. İtaliya nəhəngi bundan sonra 25 yaşdan yuxarı futbolçularla müqavilə imzalamayacaq.

Beləliklə, klubun sahibi komandanı gəncləşdirmək və maaş xərclərini azaltmaq istəyir. 

Hazırda “İnter”də yaşı 30-dan yuxarı olan 11 futbolçu var ki, onlardan dördünün yaşı 35 və daha böyükdür. Komandada yalnız üç nəfərin yaşı 24-dən aşağıdır.