“İnternational Medical Centre Bakı”nı cərimə gözləyir

international-medical-centre-bakini-cerime-gozleyir
Oxunma sayı: 4587

Bakıda fəaliyyət göstərən “İnternational Medical Centre Bakı” barəsində məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, “İnternational Medical Centre Bakı” QSC Baku Medical Plaza klinikalar şəbəkəsinə aiddir.