İordaniyada iranlı qruplaşmaya məxsus pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində 3 ABŞ əsgəri həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Açıqlamada İordaniya və Suriya sərhədi yaxınlığındakı ABŞ hərbi bazasına edilən PUA hücumu nəticəsində 3 ABŞ əsgərinin həlak olduğu, 25 əsgərin isə yaralandığı qeyd olunub.