“İqlim məsələləri bir nömrəli audit mövzusudur”

iqlim-meseleleri-bir-nomreli-audit-movzusudur
Oxunma sayı: 1292

“İqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərinin ayrılmasını tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

O, iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlardan danışıb: “İqlim məsələləri bir nömrəli audit mövzusudur. Apardığımız auditlər bu sahə üzrə bir sıra çağırışların olduğunu göstərir. Yaşıl həllərin tətbiqi bəzi hallarda standartlara uyğun gəlmir. Bu məqsədlə İqlim Skayneri yaradılıb və buna 141 ölkə qoşulub. Bunun həm milli, həm də beynəlxalq müstəvidə müsbət nəticələr verəcəyinə inanıram”.

Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini açıqlayıb.

O bildirib ki, milli hökumətlərin iqlimlə bağlı gördüyü tədbirləri qiymətləndirmək üçün 240 yoxlayıcıya bu sahədə təlimlər keçirilib.

Qeyd olunub ki, indiyə qədər öz hökumətlərinin kənar auditoru qismində fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni hazırkı tarixə yekunlaşdırıb. Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən ölkələrin 80%-də iqlimlə bağlı tədbirləri həyata keçirmək üçün inzibati strukturlar və 64%-də iqlimin təsirini azaltmaq üçün uzunmüddətli strategiyalar mövcuddur. 58 faizində də isə hüquqi və tənzimləyici baza yaradılıb. Lakin müvafiq institutların olması şəraitində monitorinq sistemlərində zəifliklər izlənilir.

Belə ki, ölkələrin 27%-də belə mexanizmlər ümumiyyətlə mövcud deyil və 45%-də isə müvafiq məlumatlar təkmilləşdirməyə səbəb olmur.

Gülnar Əliyeva