İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) üzv ölkələrin hava və dəniz qüvvələrinin terror təşkilatı siyahısına salındığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, rəsmi Tehranın bu qərarı “qarşılıqlılıq” prinsipi əsasında qəbul edilib.
İran tərəfinin bəyanatında qeyd olunur ki, Aİ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” kimi tanıması qanunsuzdur:
“Çünki bu qurum ölkənin rəsmi silahlı qüvvələrinin bir hissəsidir. Buna cavab olaraq, rəsmi Tehran Avropa dövlətlərinin hərbi hava və dəniz bölmələrini terrorçu elan edərək analoji addım atıb”.
Xatırladaq ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas quruma üzv ölkələrin nazirlərinin SEPAH-la bağlı ortaq qərar qəbul etdiyini bildirmişdi. Kallas bu addımı “Təzyiq cavabsız qala bilməz” şüarı ilə elan edərək, İranın daxili və xarici siyasətinə qarşı sanksiyaların genişləndirildiyini vurğulamışdı.
Son xəbərlər
Son Xəbərlər