“İran üçün “sürprizlərlə dolu planımız” var”

iran-ucun-surprizlerle-dolu-planimiz-var
Oxunma sayı: 2451

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı müharibəni davam etdirəcəyini bildirib və Tehrana qarşı “sürprizlərlə dolu bir plan” hazırladıqlarını deyib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

Baş nazir İsrail ordusunun İrana qarşı əməliyyatları “tam gücü ilə” davam etdirdiyini söyləyib.

Onun sözlərinə görə, İsrail regionda strateji vəziyyəti dəyişmək üçün riskli qərarlar qəbul edib.