“İran və ABŞ arasında qapalı formatda danışıqlar aparılır və bu prosesdə irəliləyiş var”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib.
Tehran və Vaşinqton arasındakı təmaslarda irəliləyişin olub-olmaması ilə bağlı suala diplomat müsbət cavab verərək məsləhətləşmələrin elə indi də davam etdiyini vurğulayıb.
Səfir danışıqların İslamabadda keçirilib-keçirilmədiyini açıqlamaqdan imtina edib:
“Bu, ictimaiyyətə açıq məlumat deyil, amma biz bunun üzərində işləyirik”.
Son xəbərlər
Son Xəbərlər