İrana məxsus 5 neft tankeri məhv edildi - Video

irana-mexsus-5-neft-tankeri-mehv-edildi
Oxunma sayı: 249

ABŞ İrana məxsus beş neft tankerini məhv edib.

 “Qafqazinfo” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri sentyabrın 8-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə ballistik raketlərlə iki dəfə hücum etməsindən sonra İrana məxsus beş neft tankerini məhv edib, - deyə bildirilib.

CENTCOM-un məlumatına görə, Oman körfəzində yerləşən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, eləcə də Xark adası yaxınlığındakı “Derya” gəmisi zərbələrə məruz qalıb.