İrana qarşı növbəti sanksiyaları istisna etmədi

irana-qarsi-novbeti-sanksiyalari-istisna-etmedi
Oxunma sayı: 226

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsi ehtimalını istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, Tramp Vaşinqtonun Tehrana qarşı məhdudlaşdırıcı tədbirlər görmək üçün hələ də kifayət qədər rıçaqlara sahib olduğunu vurğulayıb.

Lakin o, konkret hansı addımların atılacağını və bu məhdudiyyətlərin nə vaxt qüvvəyə minəcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan əvvəl Ağ Ev rəhbəri sosial şəbəkə hesabında Hörmüz boğazının “ABŞ-nin yeni ərazisi” kimi qeyd olunduğu xəritə paylaşmışdı. Birləşmiş Ştatlar lideri Vaşinqtonun bu akvatoriyaya tam nəzarət etdiyini və Tehranın ABŞ şərtlərini qəbul etmək məcburiyyətində qaldığını bəyan etmişdi.

Yerli mətbuatın verdiyi məlumata görə, ABŞ administrasiyası artıq müttəfiqlərinə İrana qarşı strategiyanın dəyişməsi barədə xəbərdarlıq edib. Vaşinqton hərbi əməliyyatlar keçirmək planlarından imtina edərək, bundan sonra diqqəti iqtisadi təzyiqlərin pilləli şəkildə artırılmasına yönəldəcək.