İranda dövlət televiziyasının binası yandı - Video

iranda-dovlet-televiziyasinin-binasi-yandi
Oxunma sayı: 2502

BBC-nin Fars dili xidməti İsfahanda İranın dövlət televiziyası olan IRIB-ə (İran İslam Respublikası Yayım Korporasiyası) məxsus binanın alovlar içində qaldığını əks etdirən görüntülər yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, paylaşılan videoda binadan yüksələn alov və tüstü açıq şəkildə görünür.

Hadisənin səbəbi və mümkün tələfatla bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, İranda bir neçə gündür hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir. Aksiyalarda ölənlərin sayının 46-nı ötdüyü bildirilir.