“Uzak Şehir”in setində yeni eşq iddiası

uzak-sehirin-setinde-yeni-esq-iddiasi
Oxunma sayı: 349

Türkiyənin məşhur “Uzak Şehir” serialında Sadakat Albora obrazını canlandıran aktrisa Qonca Cilasun bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Q.Cilasunun ekran işində Erol obrazını canlandıran həmkarı Barış Yalçınla sevgili olduğu iddia edilir.

Şayiələrə cütlüyün sosial şəbəkədəki qarşılıqlı şərhləri səbəb olub. Belə ki, Cilasunun “Ürəyim orada qaldı” qeydi ilə paylaşdığı mənzərə fotosunun altına Yalçın “Qalar təbii” yazaraq qırmızı ürək emojisi qoyub.

Tərəflər məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər və yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.