Konqo Demokratik Respublikasında Ebola virusu ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib, 350-dən çoxu isə virusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Epidemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 357 tibb işçisi xəstəliyə yoluxub; indiyədək onlardan 55 nəfəri vəfat edib”, - ÜST nümayəndəsi brifinq zamanı bildirib.
Təşkilatın məlumatına görə, bir çox əyalətdə fərdi mühafizə vasitələri çatışmır. Bundan əlavə, bir çox tibb işçisi epidemiya zonasında işləmək üçün zəruri olan təlimi keçməyib.
ÜST həmçinin həkimlərin maaşlarının ödənilməsində gecikmələr olduğunu qeyd edib, onlar avqust və sentyabr ayları üçün əməkhaqlarını yalnız indi ala biliblər. Təşkilat vurğulayır ki, bu vəziyyət tətil və sosial gərginlik riskini artırır.
Son xəbərlər
Son Xəbərlər