İranda yanacaq tankeri partladı - 10 ölü

iranda-yanacaq-tankeri-partladi
Oxunma sayı: 244

İranın qərbində Həmədan-Sənəndəc magistral yolunda yanacaq tankerinin iştirakı ilə baş verən qəza faciə ilə nəticələnib. Qəzadan sonra tanker partlayıb, nəticədə 10 nəfər ölüb.

“Qafqazinfo” “Mehr”ə istinadən xəbər verir ki, hadisə magistral yolda qeydə alınıb.

Sənəndəc qubernatorunun sözlərinə görə, qəza nəticəsində daha 6 nəfər yaralanıb.

İlkin məlumata əsasən, qəzanın tankerin əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Nasazlıq daha sonra yanğına və tankerin partlamasına səbəb olub.

Qubernator bildirib ki, hadisə yerində baş verən yanğın artıq lokallaşdırılıb.