İran bir sıra məhsulların ixracını qadağan edib.
“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib.
Xəbəri rus dilində oxuyun: Иран запретил экспорт ряда продуктов
Qadağanın qeyri-müəyyən müddətə tətbiq olunduğu bildirilir.
Xatırladaq ki, İran ötən gündən etibarən kartof ixracına da qadağa elan etmişdi.
Son xəbərlər
Son Xəbərlər