İranlı diplomat Estoniya XİN-ə çağırıldı

iranli-diplomat-estoniya-xin-e-cagirildi
Oxunma sayı: 737

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması olub.

Diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya sakininin azad edilməsi tələb olunub.

Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.