İraq ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki qərargahının sentyabrın 30-dan etibarən fəaliyyətini dayandıracağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, İraq Silahlı Qüvvələri İdarəsinin rəisi Əbdül Əmir Şəmmari ölkədə təhlükəsizlik vəziyyətinin yaxşı olduğunu və ərazilər üzərində nəzarətin tam təmin edildiyini bildirib.
“Ölkənin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur”, - Şəmmari deyib.
O, sentyabrın 30-dan etibarən beynəlxalq koalisiyanın İraqdakı qərargahının bağlanacağını və ölkə ərazisində heç bir xarici hərbi bazanın olmayacağını qeyd edib.
İraq hökuməti oktyabrın 1-ni “Suverenlik Günü” kimi qeyd etməyə hazırlaşır.
Son xəbərlər
Son Xəbərlər