İrəvanda Şarmazanov və daha 280 etirazçı saxlanıldı - Yenilənib

irevanda-sarmazanov-ve-daha-280-etirazci-saxlanildi
Oxunma sayı: 2546

Ermənistan müxalifətinin nümayəndələri bu gün də paytaxt İrəvanda bir neçə küçəni bağlamağa cəhd edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Ermənistan polisinin xüsusi bölmələri aksiya iştirakçılarını saxlamağa başlayıb.

Etiraz aksiyası səbəbindən bir neçə küçədə tıxac yaranıb. Hazırda polis əməkdaşları yolu açmağa çalışır.

Xatırladaq ki, dünən də İrəvanda etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yolları bağlayıb. Aksiya zamanı 400-dən çox etirazçı saxlanılıb.

***

Aksiya zamanı polis 73 etirazçını saxlayıb. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədrinin keçmiş müavini Eduard Şarmazanov da var. Şarmazanov Abovyan şəhərinin polis bölməsinə aparılıb. 

***

Polis təqribən 280 aksiya iştirakçısını saxlayıb. 

***

İrəvanda bütün metro stansiyalarına giriş bağlanıb. Buna səbəb hazırda paytaxtda davam edən etiraz aksiyası fonunda insanların toplaşmasının qarşısını almaq olub. Metro bağlanmazdan əvvəl etirazçılar “Eritasardakan” metro stansiyasında aksiya keçirib və qatarların hərəkətinə mane olub.